AzerTelecom telekommunikasiya sahəsinə daimi yeniliklər gətirmək öhdəliyinə sadiqdir. Şirkət yeni xidmətlər təklif etməklə və innovativ layihələr həyata keçirməklə müştərilərinə ən müasir həllər təqdim edir.

AzerTelecom şirkətinin geniş xidmət portfeli telekommunikasiya ehtiyaclarının həllini təmin edərək, fasiləsiz və təhlükəsiz rabitəni təmin edir.

AzerTelecom telekommunikasiya sahəsinə daimi yeniliklər gətirmək öhdəliyinə sadiqdir. Şirkət yeni xidmətlər təklif etməklə və innovativ layihələr həyata keçirməklə müştərilərinə ən müasir həllər təqdim edir.

AzerTelecom şirkətinin geniş xidmət portfeli telekommunikasiya ehtiyaclarının həllini təmin edərək, fasiləsiz və təhlükəsiz rabitəni təmin edir.


AzerTelecom yüksəksürətli internet, məlumatların ötürülməsi, səs trafiki, DDOS qorunma üsulları və VPN xidmətləri kimi ixtisaslaşmış həllər də daxil olmaqla çoxlu sayda qabaqcıl telekommunikasiya xidmətləri təklif edir.

Dayanıqlı yerli və beynəlxalq şəbəkəyə malik olan AzerTelecom Azərbaycan daxilində və qlobal istiqamətlərə etibarlı əlaqəni təmin edir, rabitə və məlumat mübadiləsini gücləndirir.

AzerTelecom Avropa ve Asiya üzrə tanınmış telekommunikasiya operatorları ilə strateji partnyorluq əlaqələrinə sahibdir. Şirkət bu əlaqələri daha da genişləndirir.
Şirkət haqqında
AzerTelecom şirkəti Azərbaycan Respublikasını beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet operatorudur. 2008-ci ildə təsis olunan qabaqcıl telekommunikasiya operatoru AzerTelecom müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.
Daha çoxAzerTelecom şirkəti Azərbaycan Respublikasında telekommunikasiya sahəsində aparıcı şirkətlərdən biridir və fəaliyyət istiqamətlərini daha da genişləndirir.
Şirkət Amerikanın Azərbaycandakı Ticarət Palatasının (AMCHAM) üzvüdür.
AzerTelecom şirkəti öz fəaliyyətində peşəkarlıq, müştəri məmnuniyyəti, innovativlik, qabaqcıl texnologiyaların tətbiqi, dinamik inkişaf və sosial məsuliyyət kimi prinsiplərdən çıxış edir.
Dinamik şəkildə inkişaf edən, yerli, regional və beynəlxalq bazarlarda mövqeyə malik olan AzerTelecom şirkəti öz fəaliyyətində aydın baxış nöqtəsinə, missiyaya və peşəkar fəaliyyət prinsiplərinə sahibdir.

Müştərilərə ilin 365, həftənin 7 günü, günün 24 saatı etibarlı xidmət
"AzerTelecom" şirkətinin baş icraçı direktoru Ana Nakaşidze ADA Universitetinin "Senior Talks" layihəsinə qatılaraq tələbələr ilə görüş keçirib. O, şəxsi liderlik yolu və peşəkar idarəçi keyfiyyətlərini formalaşdıran təcrübə haqqında bəhs edib. Ana Nakaşidze, həmçinin telekommunikasiya sahəsində ona dayanıqlıq qazandıran çağırışlar barədə tələbələrə məlumat verib və daima öyrənməyin vacibliyini vurğulayıb.
“Euronews” telekanalında regionun əhəmiyyətli rəqəmsal bağlantı layihəsi olan Transxəzər Fiber-Optik Kabel Xətti haqqında xüsusi veriliş yayımlanıb. “Azerbaijan Diary” (“Azərbaycan Gündəliyi”) verilişinin buraxılışında bildirilib ki, “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) təşəbbüsünün mühüm komponenti olan layihə Xəzər dənizinin dibi ilə ilk fiber-optik infrastrukturun yaradılmasını nəzərdə tutur.
az
En