BİZ KİMİK

“Azərtelekom” MMC Azərbaycanda telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə, beynəlxalq naqilli telefon əlaqəsi, internet, eləcə də məlumat və səs ötürülməsini təklif etməklə, naqilli rabitə bazarında işləmək məqsədilə təsis edilmişdir. Azərtelekom şəbəkəsi Azərbaycanı şimaldan cənuba və qərbdən şərqə qonşuları Rusiya, Gürcüstan və İranla birləşdirir.

Azərtelekom MMC-nin pay sahibləri Azərfon (95%), Aztelekom (2,5%) və BTRİB (2,5%)-dir.

Azərtelekom səsli rabitə, internet, VPN (virtual şəxsi şəbəkə), VoOP (İP şəbəkəsi üzrə səsin ötürülməsi) və mövcud ümumi istifadəli telefon şəbəkəsi xətlərinin inteqrasiyası daxil olmaqla, müxtəlif sabit xidmətləri əhatə edən lisenziyalara malikdir.  Lisenziyalar haqqında ətraflı məlumat üçün buraya tuşlayın.

Azərtelekom Keyfiyyəti İdarəetmə Sistemini icra etmiş və 13 may 2011-ci il tarixində Beynəlxalq İSO 9001:2008 Standartları üzrə Uyğunluq Sertifikatını əldə etmişdir.

Azərtelekomun İSO-nu icra etmək barədə qərarları Missiya, Plan və Göstəricilər çərçivəsində həyata keçirilən müştəri istəklərinə əsaslanır. Bu proseslərə əsaslanmaqla, Azərtelekom bazarda uğurlu rəqabət aparmalı, müştərilərini yüksək səviyyəli xidmətlə təmin etməli və onların etibarlılığını qazanmalıdır.  

Azərtelekom telekommunikasiya üzrə müxtəlif beynəlxalq sərgi, seminar və müşavirələrdə iştirak etmişdir.

Azərtelekom-un Baş İcraçı Direktoru Haim Maimondur.

Azərtelekom Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun qızıl üzvüdür (CEİBC). 

 

     

 

Azərtelekom Amerikanın Azərbaycandakı Ticarət Palatasınının (AMCHAM) daimi üzvüdür.