İNTERNETİN TOPDANSATIŞI

İnternetin topdansatışı

Azərtelekom beynəlxalq internet trafikini Azərbaycana gətirib onu yerli İnternet provayder bazarlarında satmaq üzrə lisenziyaya malikdir. Azərtelekomun internet xidməti tam şəkildə mühafizə olunur, belə ki, şirkət müxtəlif Rusiya Gürcüstan və İran istiqamətlərində hər biri 2 fərqli rabitə baglantılarına malik şəbəkədən ibarətdir.

Azərtelekom alış həcminə əsaslanmaqla, internet provayderlərə sərfəli və ədalətli qiymətlər təklif edir. Provayderlər, həmçinin kanalların həcminin çevik idarə olunması imkanlarından da yararlana bilirlər.

Azərtelekom internet trafikləri təklif etməklə yanaşı, İnternet provayderlərə öz şəbəkələrini Bakıda və bölgələrdə inkişaf etdirmək üçün Ethernet-portlar da təqdim edir.

Əlavə məlumat və ya istəyinizlə bağlı təklifin alınması üçün bizə müraciət edə bilərsiniz.