MOBİL ŞƏBƏKƏLƏRDƏ NƏQLETMƏ

Mobil şəbəkələrdə nəqletmə

Texnologiyanın inkişafı və mobil rabitənin rolunun davamlı şəkildə artması ilə mobil operatorlar öz baza stansiyaları və HAB-ları arasında nəqliyyat qabiliyyətinə daha çox ehtiyac duyurlar.


3G/4G texnologiyalarının inkişafı və tətbiqi bu ehtiyacı gələcəkdə daha da artıracaq. Yeni nəsil mobil rabitəyə keçid internet, əyləncə və s. kimi əlavə dəyərli xidmətlərə olan ehtiyacın artmasına səbəb olacaq. Bütün bu xidmətlər mobil rabitə operatorlarına olan tələbləri daha da artırır.


Azərtelekom Azərbaycan bazarında sərfəli qiymətlər təklif edir və müasir Mobil şəbəkələrdə nəqletməni təmin edir. Azərtelekomun mobil şəbəkələrdə nəqletmə xidməti geniş DWDM/SDH şəbəkələr vasitəsilə təmin edilir. Bu xidmət Naxçıvan MR da daxil olmaqla, əsas regional mərkəzləri əhatə edir. Azərtelekom mobil şəbəkələrdə nəqletməni paket texnologiyalar vasitəsilə də təmin etmək imkanına malikdir.


Əlavə məlumat və təklifləriniz üçün bizə müraciət edə bilərsiniz.