BEYNƏLXALQ TRANZİT

Beynəlxalq Tranzit 

Azərbaycan şimaldan cənuba, qərbdən şərqə gedən yolların kəsişməsində yerləşməklə strateji cəhətdən əlverişli məkana malikdir. Orta və Uzaq Şərqi Avropa ilə birləşdirən ən qısa yol – məşhur və qədim İpək Yolu da Azərbaycan ərazisindən keçmişdir.

Azərtelekom müştərilərə tranzit xidmətlər təklif edən müasir DWDM və SDH şəbəkəsinə malikdir. Bu şəbəkə Rusiya, Gürcüstan və İran operatorları ilə əlaqələrə malikdir və bundan sonra hər hansı beynəlxalq daşıyıcılarla birləşə bilər.

Bu da Azərtelekomun müştərilərinə Azərbaycan ərazisindən keyfiyyətli tranzit vasitə kimi istifadə etmək imkanı yaradır.

Əlavə məlumat və təklifləriniz üçün bizə müraciət edə bilərsiniz.