07 İyun 2018 - Çin alimləri bükülən akkumulyator hazırlayıb

BatteryÇin alimləri elastik “ağıllı” elektronika üçün nəzərdə tutulmuş bükülən litium-kükürd akkumulyatoru üzərində işləyirlər.

“ICTnews” Elektron Xəbər Xidmətinin “belta.by” resursuna istinadən verdiyi xəbərə əsasən, maye elektrolitlərin bərk elektrodlara yapışdırılması yolu ilə hazırlanan ənənəvi batareyalardan fərqli olaraq yeni batareyalarda elektrolitlər “3D” şəbəkələr formalaşdıran ultranazik metal lövhələrə yerləşdirilir.

"Bu texnologiya sayəsində elektrolitlər şəbəkələrdən kənara çıxmayacaq" – Çin Elmlər Akademiyası yanında Dalyan Kimyəvi Fizika İnstitutunun alimi Çjan Xunçjan deyib.

Alim qeyd edib ki, yeni akkumulyatorlar daha sabit və elastikdirlər, bükülmə və əyilmə vaxtı enerji yükünü yaxşı saxlayırlar.

"Belə batareyalar yüngül və yüksək enerji sıxlığına malikdirlər. İstehsal baxımından qənaətcil və kütləvi istehsal perspektivlərinə malikdirlər" – alim belə hesab edir.