25 Dekabr 2015 - Azərbaycan provayderlərinin alternativ internet qoşulmalara ehtiyacı var

azrt“Azərtelekom” internet provayderlərinin 20 faizini artıq öz şəbəkəsinə qoşmağa müvəffəq olub.

 

Azərbaycanın iri beynəlxalq internet operatorlarından biri olan “Azərtelekom” şirkəti, ölkədə bir neçə saatlıq çökmüş internet şəbəkəsinə çıxışı operativ şəkildə bərpa edir.

 

 

Oxu.Az xəbər verir ki, 16 noyabrda Azərbaycanın internet məkanında yaşanan problemlər, internetin fasiləsiz işini təmin etmək üçün provayderləri özlərini rezerv xətlərlə sığortalamağa çağırıb.

 

 

Ölkənin işgüzar dairələrinin yalnız bir internet operatorunun xidmətlərinə müraciət etdiklərinə görə, banklar, dövlət qurumları, ödəniş terminalları, bankomatlar və beynəlxalq banklararası hesablaşmalar üçün nəzərdə tutulmuş SWIFT sistemi və s. sistemlər işlərini dayandırmalı olublar.

 

“Biz ümid edirik ki, gələcəkdə baş vermiş problemləri nəzərə alaraq və riskləri qiymətləndirərək, şirkətlər bazarda internet trafikini balanslaşdırılmış şəkildə paylaşdıracaqlar və artıq “Azərtelekom”un şəbəkəsinə rezerv qoşulma ilə özlərini problemlərdən sığortalayacaqlar”, deyə şirkətin nümayəndəsi bildirib.

 

Qeyd edək ki, hazırda “Azərtelekom” internet provayderlərin 20 faizini artıq öz şəbəkəsinə qoşmağa müvəffəq olub.

 

“Azərtelekom” MMC Azərbaycanda telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə beynəlxalq naqilli telefon əlaqəsi, internet, eləcə də məlumat və səs ötürülməsini təklif etməklə, naqilli rabitə bazarında işləmək məqsədilə təsis edilmişdir.

 

 

“Azərtelekom”şəbəkəsi Azərbaycanı şimaldan cənuba və qərbdən şərqə qonşuları Rusiya, Gürcüstan və İranla birləşdirir.

 

 

“Azərtelekom”un İSO-nu icra etmək barədə qərarları Missiya, Plan və Göstəricilər çərçivəsində həyata keçirilən müştəri istəklərinə əsaslanır. Bu proseslərə əsaslanmaqla, “Azərtelekom” bazarda uğurlu rəqabət aparmalı, müştərilərini yüksək səviyyəli xidmətlə təmin etməli və onların etibarlılığını qazanmalıdır.  /oxu.az/