BEYNƏLXALQ TƏRƏFDAŞ ŞƏBƏKƏ

Etibarlı beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq etməklə Azərtelekom-un beynəlxalq şəbəkəsi dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir və şirkət Azərbaycan ərazisindən keçən və ya Azərbaycana birləşdirilən istənilən növ məlumat və ya səs tranziti üçün hazırdır.

Bizim şəbəkəmiz beynəlxalq qoşulma nöqtələrinə iki əsas istiqamət vasitəsilə birləşir: birincisi bizim tərəfdaşımız olan Meqafon vasitəsilə şimal istiqamətində Moskvaya, Stokholma və Frankfurta. Bu istiqamət üzrə Azərtelekom həmçinin Rusiyanın və MDB ölkələrinin bütün iri şəhərləri ilə birləşir. İkincisi tərəfdaşımız olan Türk Telekom vasitəsilə qərb istiqamətindədir. Bu bağlantı İstanbul vasitəsilə Frankfurta, Mərkəzi və Şərqi Avropanın cənub hissəsinə qoşulur. Bu şəhərlərdə Azərtelekom-un şəbəkəsinə qoşula biləcək bütün beynəlxalq operatorlar fəaliyyət göstərir.

Cənub istiqamətində Azərtelekom İrana və İran vasitəsilə bütün Yaxın Şərq regionuna birləşir və daha uzaq nöqtələrə də qoşula bilər.

Naxçıvan Muxtar Respublikası həmçinin Türkiyə və İran vasitəsilə birləşir.