AZƏRBAYCAN ŞƏBƏKƏSİ

Azərtelekom-un fiber-optik kabel şəbəkəsi Naxçıvan da daxil olmaqla Azərbaycanın bütün əsas bölgələrini və şəhərlərini əhatə edir. O, həmçinin Bakı şəhərini üç əsas istiqamət üzrə sərhədlərlə birləşdirir – şimal istiqamətində Rusiya ilə, cənub istiqamətində İranla və qərb istiqamətində Gürcüstan və Türkiyə ilə. Sərhəd nöqtələrində şəbəkə bizim beynəlxalq tərəfdaşlara birləşir.

Şəbəkə DWDM texnologiyasına əsaslanır və onun ötürmə həcmi hər bir istiqamət üzrə 400 Gbps qədər artırıla bilər. Bu topologiyadan əlavə, SDH və İP-yə əsaslanan xidmətlər bu şəbəkə ilə birləşdirilən bütün şəhərlərdə təmin oluna bilər.

Şəbəkənin strukturu vahid sistemdə birləşən bir neçə dövrəyə əsaslanır və bütün trafikə 24x7 iş rejimində nəzarət edən bizim şəbəkə əməliyyatları mərkəzi ilə idarə olunur. Bu, Azərtelekom-a xidmətləri müştərilərin gözləntilərinə tam uyğun şəkildə və fərdi Xidmət Səviyyəsi haqqında Müqavilələr əsasında göstərməyə imkan verir.